Bizim nəslə baxanda həqiqətən də o istedadda futbolçu yoxdu Əfran İsmayılov dediyinin üstündə durdu

09.06.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli komandamızın sabiq üzvü, “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov İTV-nin “Yutub” layihəsi olan “OffTop” podkastında Azərbaycanda istedadlı futbolçuların azlığından şikayətlənib.

“Football-plus.az” Əfran bəydən bunun səbəbini nədə gördüyünü və Ayxan Abbasovun kim ki Azərbaycanda istedadı futbolçu yoxdu deyir, çox böyük səhv edir” ifadəsinə reaksiyasın öyrənib:

“Bizdən əvvəlki, bizim nəslə baxanda həqiqətən də o istedadda futbolçu yoxdu. Ayxan müəllim düz vurğulayır. Şərait var deyə, əvvəlki kimi futbolçular çıxarmaq olar. Tutalım istedadlı futbolçuları çıxardıq. Harda oynadacağıq? Necə oynaya bilər axı? Premyer-liqada legioner limiti ləğv olundu. Fikrimcə, həqiqətən də əvvəlki vaxtlarla müqayisədə istedadlar azalıb. Onun da səbəbkarları kimdi - bilmirəm. Bəlkə özlərindədi, bəlkə məşqçilərdi. İstedad o deyil ki, üzərində işləməklə olsun. İstedad anadangəlmədi".


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью