Bizim şəhərimiz əslində sınaq obyekti kimi istifadə olunur

10.06.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Los-Anceles meri Karen Bass ABŞ hökumətinin qeyri-qanuni mühacirlərə dəstək məqsədilə şəhərdə davam edən etiraz aksiyaları zamanı Milli Qvardiya və Dəniz Piyadalarını yerləşdirməsini tənqid edərək, Los-Ancelesin “sınaq obyekti” kimi istifadə edildiyini iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bass jurnalistlərə Donald Trampın Los-Ancelesə qoşun yeritməsi barədə danışıb.

“Bizə deyilməyib ki, bunlar həbs olunacaq insanlardır və bu, mənə elə hiss yaradır ki, bizim şəhərimiz əslində sınaq obyekti kimi istifadə olunur", -  o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью