Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Zirə” “Payde” ilə qarşılaşdı. “Qartallar” ümumi hesabda 1:2 məğlub olmaqla mübarizəni dayandırdı.
“Football-plus.az” xəbər verir ki, oyundan sonra rəqibin baş məşqçisi Mika Laurikaynen jurnalstlər önünə çıxıb.
- Payde şəhərində qəsr var. Onu fəth edə bilmədik. Oyun bitdi, qazanan tərəf siz olduz. Artıq qələbənin sirrini aça bilərsiz. Nə idi sirr?
- Bizim sirrimiz yox idi. Biz sona qədər birgə mübarizə apardıq. Özümüzə güvəndik. Sona qədər mübarizə aparmaq lazim idi. Biz də bunu etdik.
- Hər iki matçda “Zirə”nin daha çox qol imkanı oldu. Bəs, sizcə, onlarda niyə alınmadı? Rəqibin çoxlu təhlükəli hücumları “Payde”nin müdafiəsində boşluq olduğunu göstərir?
- Bizim güclü müdafiəmiz var idi. Bəlkə də rəqibin çox imkanları ola bilər. Lakin bu futboldu.
- Bu qələbə sizin komandanızın tarixində və karyeranızda necə yer tutur?
- Böyük uğurdu. Hisslərim qarışıqdı. 3-cü mərhələyə çıxmaq tarixdi. Addım-addım uğura irəliləmək lazımdı.
İSRAYIL XEYRULLAYEV