Bizim media saytına istinadən Icma.az xəbər verir. 1952-ci ilin bu günündə M.F.
Axundov adına Azərbaycan Dillər Pedaqoji İnstitutu (indiki BSU) yaradılıb.20 dekabrda daha hansı əlamətdar hadisələr baş verib?1.
20 dekabr 1522-ci ildə Qanuni Sultan Süleymanın komandanlığındakı Osmanlı ordusu Rodosu fəth edib.
Rodos, 11 ada və Bodrumun Osmanlı dövlətinə daxil olması Aralıq dənizində ticarət gəmilərinin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyırdı.2.
1699-cu ilin bu günündə I Pyotr Rusiyada yeni ilin 1 sentyabrda deyil, 1 yanvarda qeyd edilməsi barədə fərman verib.3.
20 dekabr 1873-cü ildə Türkiyənin Dövlət himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy (1873-1936) anadan oldu.
Himnin mətni 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edildi.4.
1879-cu ilin bu günündə məşhur fizik Tomas Edison közərmə lampasını təqdim edib.5.