Bizim təqvim: 22 dekabrda baş vermiş tarixi hadisələr

29.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

1919–cu ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib.

Bundan öncəki 4-cü hökumət kabineti 1919-cu il martın 14-də qurulmuşdu. 

1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də N.Yusifbəylinin baş nazirliyi ilə təşkil olunmuşdu.

"Cebheinfo.az" tarixdə 22 dekabrda baş verəm hadisələri təqdim edir:

Fransada 1894-cü ilin 22 dekabrında "Dreyfus məhkəməsi" başladı. Bu, yüzbaşı Alfred Dreyfusun haqsız yerə casusluqda ittiham edildiyi, həqiqətlərinsə 12 il sonra ortaya çıxması ilə hüquq tarixinə düşən bir məhkəmə olub.

1935-ci il dekabrın 22-də dünyada ilk dəfə olaraq uğurlu helikopter uçuşu həyata keçirilib. Həmin helkoter Fransa konstruktorları Lui Breqe və Rene Doranın layihəsi əsasında hazırlanmış “Jiroplan Laboratuar” helikopteri olub.

1942-ci ilin bu günü SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə podpolkovnik Həzi Aslanova ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

22 dekabr 1963-cü ildə “Lakonia” sərnişin gəmisi Portuqaliya sahillərində yanıb, 128 adam həyatını itirib.

22 dekabr 1979-cu ildə Türkiyənin Fransa üzrə Səfirliyinin Turizm və Tanıtma bölümünün müşaviri Yılmaz Çolpan ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edilib.

Ermənilərin “1915-ci il hadisələri”lə bağlı sözdə soyqırım iddiaları Fransa paralmentində 2011-ci il 22 dekabrda qanun layihəsi kimi qəbul olunub.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью