Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1990-cı ilin bu günü Bakıda qanlı Yanvar faciəsi qurbanlarının – şəhidlərin dəfn mərasimi keçirilib.
Fövqəladə vəziyyət rejiminə baxmayaraq milyondan çox adam azadlıq şəhidlərini son mənzilə yola salıb.Bəs, 22 yanvarda daha hansı mühüm hadisələr baş verib?1.
1517-ci ilin 22 yanvarından Qahirənin şimalındakı Ridaniyə ərazisində Osmanlı qoşunları ilə Misir və Suriyanı idarə edən Məmlük dövləti arasında ən şiddətli döyüşlərdən biri baş verdi.Osmanlı hökmdarı I Sultan Səlim Yavuz Misir sultanı Tumanbayın qoşunlarını darmadağın etdi.
Döyüşü uduzan Məmlük sultanı ölkəsinin içərisinə çəkilərək müqaviməti davam etdirsə də, 4 fevralda Sultan Səlim paytaxt Qahirəyə girdi.
Bu zəfərlə Məmlük dövləti yıxıldı, Misir Osmanlı imperatorluğunun tərkibinə daxil edildi, Xəlifəlik mövqeyi də osmanlılara keçdi.2.
22 yanvar 1863-cü ildə Polşada “Yanvar qiyamı" ilə milli azadlıq hərəkatı başlayıb.3.
1905-ci ilin 22 yanvarında Rusiyada tarixə "Qanlı bazar" adı ilə düşmüş inqilab baş verib.4.