“Bizim üçün heçheçə də kifayətdir, ancaq bu, təhlükəli fikir ola bilər” İdman və Biz | Icm…
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabah UEFA Millətlər Liqası çərçivəsində Estoniya futbolçuları ilə qarşılaşacaq Azərbaycan millisi üçün bu oyun qrupda sonuncu – 4-cü yerdən qurtulmaq baxımından çox vacibdir.
İdman.biz xəbər verir ki, Tallinndə öz aralarındakı görüşdə 3:1 hesablı qələbə qazanan estonlar komandamızı üç xal qazabaqlayır.
Ona görə də Azərbaycan millisi Qəbələdəki qarşılaşmada ancaq qalib gəlməyə çalışacaq. Şübhəsiz, Estoniya da uduzmamağı hədəfləyib.
Estoniya futbolunun tanınmış simaları eksklüziv olaraq İdman.biz üçün qarşıdakı oyunla bağlı fikirlərini bölüşüblər.
143 oyunla milli komandanın ən çox formasını geyinmiş üç futbolçusundan biri olan Marko Kristal vaxtilə həm də Azərbaycan komandası ilə yeddi qarşılaşmada çıxış edib və bir qol vurub: “Bütün əvvəlki görüşləri iki bərabər səviyyəli komandanın qarşılaşması kimi xatırlayıram.
Sizin komandada həmişə texnikalı oyunçular daha çox olub, biz isə meydanda çox çalışmağa arxalanmışıq.
Qarşıdakı oyun asan olmayacaq, çünki Azərbaycan millisi öz meydanında hər kəs üçün, həqiqətən, çətin rəqibdir.
Tam oxu
Xəbəri oxu