Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir

13.11.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"

 “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasının çempionluğu barədə fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, hazırda turnir cədvəlində lider olan “topçular”ın futbolçusu maraqlı fikirlər səsləndirib:

“Çempionluq şansları? Bunu başqaları müzakirə etsin. Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir və bu əhval-ruhiyyə ilə meydana çıxırıq. Baxaq görək, bu yol bizi hara aparacaq. Başqalarının fikirlərinə çox da fokuslanmağa ehtiyac yoxdur. Mən bunu əvvəllər də demişəm. İnsanların fikirləri və baxış tərzləri hava proqnozu kimi tez-tez dəyişir. Ən vacib olan komandanın daxilindəki atmosferdir. Birliyimiz və öz gücümüzə inamımız önəmlidir. Xarici səs-küyə diqqət etməməliyik”.

Qeyd edək ki, “Arsenal” sonuncu dəfə İngiltərə çempionu titulunu 2003/2004 mövsümündə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью