Bizimkilər heç olmasa paylaşırlar, Rusiyada yaşayan azərbaycanlılar isə...

27.12.2024

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəqqasə Rəna Ağamuradova (Renka) Rusiyada yaşayan azərbaycanlı məşhurlardan şikayət edib. 

Axşam.az xəbər verir ki, o, Rusiyada yaşayan azərbaycanlıların Aktauda qəzaya uğrayan AZAL-la bağlı heç bir paylaşım etmədiklərini vurğulayıb. Renka bununla bağlı bunları yazıb:

"Hamı bir-birini qınayır, nəsə deyir. Bizimkilər heç olmasa paylaşırlar. Bir məqama fikir verdim: Rusiyada yaşayan həmvətənlərimizə, müğənnilərimizə baxdım heç kim heç nə paylaşmayıb. Ona görə də izləmədən çıxartdım. Hamısı gözümdən düşdü".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью