Bizimlə eyni aqibəti yaşamış Polşa indi işğalçının bayrağı altında... AÇIQLAMA | Icma.az
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub.
Erməni mediasının məlumatına görə, Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Polşa prezidentinin Ermənistan-Azərbaycan sərhədində görünməsi, “diplomatik gəzinti” adlandırılsa da, əslində, Avropa İttifaqının bəzi üzvlərinin Azərbaycana qarşı olan mövqeyini daha açıq şəkildə nümayiş etdirir: “Bu, qızıl qabda təqdim olunan soyuq mesajdır.
Azərbaycan isə bu cür mesajlara nə açıq reaksiya verir, nə də susaraq cavabsız qoyur – onun cavabı sahədədir, işindədir, prinsipindədir.
Belə bir vəziyyətdə Azərbaycan regionun həssas nöqtələrində yerləşdiyini bir daha nəzərə almalıdır.
Rusiya-Ukrayna müharibəsi sərhədimizdən cəmi 300 km məsafədədir və 8 milyondan çox qaçqının yaranmasına səbəb olub.
İranla İsrailin gözlənilən potensial münaqişələri isə sərhədimizdən cəmi 20-50 km aralıda baş verə bilər ki, bu da hərbi və iqtisadi riskləri artırır.
Tam oxu
Xəbəri oxu