Bizimlə qalmasını çox istəyərdim

13.05.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Bizimlə qalmasını çox istəyərdim"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın təcrübəli müdafiəçisi Natan Akenin klubdakı gələcəyi ilə bağlı açıqlamalar verib.

QOL.az xəbər verir ki, altı mövsümdür "şəhərlilər"in şərəfini qoruyan niderlandlı futbolçunun yayda komandadan ayrılmaq ehtimalı yaranıb. "Kristal Pelas"la oyundan öncə mətbuat konfransında danışan Qvardiola Akenin peşəkarlığını yüksək qiymətləndirərək, onun gedişinin ciddi itki olacağını gizlətməyib: 

"Onun bizimlə qalmasını çox istəyərdim, lakin sonda nə baş verəcəyini dəqiq bilmirəm".

Qeyd edək ki, müdafiəçi ilə İtaliya A Seriyası klublarının maraqlandığı bildirilir. Qvardiola oyunçunun az şans qazanmasını onun hər üç gündən bir keçirilən gərgin oyun tempinə uyğunlaşmaqda çətinlik çəkməsi ilə əsaslandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью