“Biznesin müflisləşməsi” işçi qrupunun rəhbəri dəyişib | Icma.az
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Biznesin müflisləşməsi” işçi qrupuna yeni rəhbər təyin edilib.
“Report” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupunun iclasında açıqlayıb.
Onun sözlərinə görə, bu vəzifəyə ədliyyə nazirinin müavini Abiddin Hüseynov təyin olunub.
O, Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlını əvəz edib. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu