Biznesin stimullaşdırılması müzakirə edilib FOTO

05.02.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığı barədə müzakirələr aparılıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, müzakirələr bu gün Bakıda keçirilmiş “LEGIS” Hüquq forumunda baş tutub.

"Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi və məlumat mübadiləsi üçün əhəmiyyətli platforma olub. Təşkilatçılıq və dəvət üçün “PAŞA Holdinq”ə təşəkkür edirik”,- deyə nazir vurğulayıb.

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью