Icma.az, Axar.az portalına istinadən məlumat verir. Xidmət müəssisələrini çökdürən ən böyük baş bəlasından biri də tarakanlardır.
Bəli, bəlkə də çoxlarına qəribə görünə bilər ki, kiçik bir həşərat biznesi necə çökdürə bilər?
Xidmət obyektlərinin çoxunun sahibi buna heç əhəmiyyət də vermir.
Ancaq təsəvvür edin ki, siz müştəri kimi restorana getmisiniz, yeməyinizdə tarakan gəzir. Onu yeyərsiniz? Əlbəttə ki, yox.
Hətta ödəniş etməkdən də imtina edərsiniz. Bir də o məkana addım belə atmazsınız.
Ətrafınızdakı insanlara da o restorana getməməyi tövsiyə edərsiniz.
Obyektin interyeri gözoxşayan, yeməkləri ləzzətli, xidmət səviyyəsi əla ola bilər.
Lakin müştərinin bir tarakan görməsi, onun gözündə bütün gözəlliklərin üzərindən xətt çəkə bilər.