Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sahibkarlar hakimiyyətdən vergilərin artırması qərarının ləğvini tələb edirlər: “Biz birləşib onları məğlub edəcəyik” Kiçik və orta biznes nümayəndələri Ermənistan hökumət binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək dövriyyədən vergi dərəcəsinin artırılmasına qarşı çıxış ediblər.
Onların sözlərinə görə, Nazirlər Kabinetində və Ermənistan Parlamentində bu məsələ ilə bağlı sonuncu görüş uğurlu olmayıb.
Yanvarın 1-dən vergi 5%-dən 10%-ə yüksəlib. Etirazçılar yeni vergi qaydalarının dözülməz bir yükə çevrildiyini deyiblər.
"Bizə dedilər ki, qüvvəyə minmiş vergi qaydaları ləğv edilməyəcək.
Biz bunun əksinə - qərarın ləğvinə nail olmalıyıq", - marketlərdən birinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, vergilərin artırılması qeyri-qanunidir: “Hakimiyyət bunu elə təqdim edir ki, guya sahibkarlıq subyektləri vergi ödəmək istəmirlər.
Bu, doğru deyil: dəfələrlə artan vergi yükü ciddi problemlərə və son nəticədə kiçik və orta biznesin bağlanmasına gətirib çıxaracaq”.