Biznesmenlərin 5 milyon dollarını ələ keçirən bu şəxs kriminal qruplaşmalar tərəfindən gizlədilir

21.04.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanlı bir neçə iş adamı külli miqdarda dələduzluq halı ilə üzləşib. 

“Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamı Quliyev Zəfər Bayram oğlunun qanunsuz əməllərinin qurbanına çevriliblər. 

Belə ki, Z.Quliyev iş adamlarından biznes adı ilə 5 milyon dollar vəsaitlərini ələ keçirib. Müəyyən müddətdən sonra Türkiyədəki kriminal qruplaşmalar vasitəsiylə onlara hədə-qorxu gələrək pulu qaytarmaqdan imtina edib. 

Hazırda onun Türkiyədə olduğu və əlbir olduğu kriminal qruplaşmalar tərəfindən gizlədildiyi bildirilir.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью