“Bizon Azərbaycan Kuboku”: II təsnifat mərhələsi

28.10.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçiriləcək.

“Turan Tovuz” bu mərhələdə “Dinamo”nu sınağa çəkəcək. “Kəpəz” “Ağstafa Gəncləri”, “Cəbrayıl” isə “Şəfa” ilə üz-üzə gələcək. “İmişli” “Qaradağ Lökbatan”ın müqavimətini qırmağa çalışacaq.

Premyer Liqada uğursuz dönəm keçirən “Karvan-Yevlax” II Liqa təmsilçisi “Sheki City” ilə qarşılaşacaq. “Göygöl”ün rəqibi isə “Baku Sporting” olacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr

14:00 “Göygöl” – “Baku Sportinq”
14:00 “Karvan-Yevlax” – “Sheki City”
14:00 “Qaradağ Lökbatan” – “İmişli”
14:00 “Cəbrayıl” – “Şəfa”
14:00 “Kəpəz” – “Ağstafa Gəncləri”
17:00 “Dinamo” – “Turan Tovuz”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью