Bjaniya: Abxaziya xarici investisiyalar olmadan öz iqtisadiyyatını inkişaf etdirə bilməyəc…
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tanınmamış Abxaziyanın keçmiş prezidenti Aslan Bjaniya hesab edir ki, respublika xarici investisiyalar olmadan iqtisadiyyatı inkişaf etdirə bilməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində o vurğulayıb ki, ölkə kənardan resurslar cəlb etmək qorxusundan xilas olmalıdır.
“Böyümə nöqtələri turizmin bütün növləri, nəqliyyat logistikası, subtropik kənd təsərrüfatı, tibbdir. İnkişaf etdirdiyimiz budur.
Bizim başqa inkişaf nöqtələrimiz yoxdur və ola da bilməz. Bunlar iqtisadiyyatın ilkin olaraq rəqabət üstünlüklərinə malik olduğu sahələrdir.
Bütün bunları inkişaf etdirmək üçün iqtisadiyyata əhəmiyyətli maliyyə resursları yatırmaq lazımdır.
Onları haradan əldə etmək aydın və başa düşüləndir. Ölkə daxilində belə resurslar yoxdur və məlum səbəblərdən ola da bilməz.
Bu resurslar Abxaziyadan kənardan cəlb edilməlidir, ölkənin indiki rəhbərliyi bunu edir”, - deyə Bjaniya bildirib.
Tam oxu
Xəbəri oxu