Blackpink 2 illik fasilənin ardından səhnəyə qayıdır VİDEO

20.02.2025

Icma.az bildirir, Sfera.az portalına istinadən.

"Blackpink" 2 il fasilənin ardından "2025 Dünya Turu" ilə səhnəyə qayıdır.

Sfera.az bildirir ki, "Blackpink" qız qrupu dörd üzvdən ibarətdir: Jisoo (30), Jennie (29), Rosé (28) və Lalisa (27). 

Məşhur K-POP qrupu bu yay Şimali Amerika, Avropa və Böyük Britaniyada bir sıra konsertlər verəcək.

Tur Seulda "Goyang" stadionunda iki şou ilə başlayacaq və sonra Los-Anceles, Çikaqo, Toronto, Nyu-York, Paris, Milan və Barselonada davam edəcək.

Hitmakers Pink Venom yay turnesini avqustun 15-də Londonun məşhur Uembli Stadionunda final şousu ilə yekunlaşdıracaq.

Qrup sosial media hesablarında tizer videosu paylaşıb. Bir çox pərəstişkarı bunun yeni mahnıların əlaməti ola biləcəyini dünüşüb.

Blackpink-in ən son dünya turu 2023-cü ildə “Born Pink” adı ilə baş tutub. O vaxtdan bəri qrup üzvləri solo layihələrə diqqət yetiriblər. Rose 2024-cü ilin dekabrında “Rosie” albomunu, Jisoo isə 14 fevralda “Amortage” mini albomunu buraxıb.Lisa “Alter Ego” albomunu fevralın 28-də buraxacaq və “White Lotus” serialının üçüncü mövsümündə yer alacaq. Jennienin 7 martda “Ruby” albomu işıq üzü görəcək. Üzvlər solo fəaliyyətlərlə məşğul olsalar da, Lisa müsahibəsində qrupun yenidən bir araya gələcəyini qəti şəkildə bildirib.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью