“Blatnoy” nömrə həvəskarları bu xəstəlikdən əziyyət çəkə BİLƏR Həkimdən XƏBƏRDARLIQ

31.10.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Bahalı və “zerkalnı” avtomobil nömrələrinin həvəsakarlarına narsisistik şəxsiyyət pozğunluğu diaqnozu qoyula bilər.
Bizim.Media xəbər verir ki, bu fikirləri həkim-psixoterapevt, idman psixoloqu və tibb elmləri namizədi Yevgeni Fomin “gazeta.ru”ya deyib.
O bildirib ki, bu diaqnoz xəstəliklərin və əlaqədar problemlərin Beynəlxalq Statistik Təsnifatına daxil edilib:
 

"“Blatnoy” nömrələrdən istifadə edərək, insanlar başqalarına öz vacibliyi hissini çatdıraraq "Mən vacibəm, mən daha yaxşıyam" fikrini aşılayırlar. Onlar fərqlənməyə çalışırlar. Bu, həmin şəxsin narsisistliyə meylindən xəbər verir".


Həkimin fikrincə, dəbdəbəli dövlət nömrə nişanlı avtomobil sürmək ehtiyacı qızıl saatlar və brend geyimlər kimi bahalı əşyalara sahib olmaq istəyi ilə mahiyyətcə eyni ola bilər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью