Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
FİFA-nın sabiq prezidenti Yozef Blatter futbol azarkeşlərinə 2026-cı il dünya çempionatı ilə bağlı diqqətli olmağı tövsiyə edib.
Apasport.az xəbər verir ki, o, bu barədə “RMC Sport” telekanalına müsahibəsində danışıb.
Blatter azarkeşlərin ABŞ-yə səfər zamanı müəyyən risklərlə üzləşə biləcəyini düşünür:
“Azarkeşlərə məsləhətim budur ki, ABŞ-yə səfər etməzdən əvvəl yaxşı düşünsünlər. Turniri televiziyadan izləmək daha rahat ola bilər”.
Onun sözlərinə görə, ölkəyə gələn azarkeşlər qaydalara qarşı ən kiçik pozuntuya yol versələr belə, ciddi problemlərlə qarşılaşa və hətta deportasiya oluna bilərlər.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq.
ÇL: Həftənin oyunçusu adına namizədlər bəlli olub Daha 2 komanda Çempionlar Liqası ilə vidalaşdı Abdullah Zubir: “6 ay əvvəl kimsə bizə desəydi ki...” Bəhlul Mustafazadə: “İşimiz hələ bitməyib” ÇL: "Qalatasaray"dan xal itkisi, “Liverpul”dan darmadağın - YENİLƏNİB