Blatter FIFA Sülh Mükafatına qarşı çıxıb

05.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

FİFA-nın keçmiş prezidenti Yozef Blatter təşkilatın Sülh Mükafatı təsis etmək qərarını tənqid edib.

İdman.Biz bildirir ki, mediada da əvvəl FİFA-nın mükafatı ABŞ prezidenti Donald Trampa DÇ-2026-nın püşkatma mərasimində “müstəsna və görkəmli hərəkətlərinə görə” təqdim edəcəyini bildirilmişdi.

“Onlar (bu mükafatı) verməməlidirlər. Futbol Sülh Mükafatını verməməlidir. Düşünürəm ki, bu, səhvdir.
Onların (İnfantino və Tramp) arasında dostluq ola bilər. Amma futbola o qədər də maraq görmürəm”, - Blatter deyib.

DÇ-2026-nın püşkatma mərasimi bu gün, 5 dekabrda keçiriləcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью