Bleker Bayıldakı mübahisəli qərarları şərh etdi

11.11.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail” – “Turan Tovuz” oyunundakı (1:1) mübahisəli epizodları şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qonaqların qazandığı penaltinin və ləğv edilən qolun düzgün qərar olduğunu deyib:

“Səbail” komandasının 20 nömrəli oyunçusu (Mert Çelik) topu cərimə meydançasından uzaqlaşdırır. O, yerə enərkən “Turan Tovuz”un 7 nömrəli oyunçusunun (İsmayıl Zülfüqarlı) ayağını tapdalayır və Zülfüqarlı yerə yıxılır. Hakim penalti təyin edir. “Səbail”in müdafiəçisi rəqibin ayağına qəsdən təmas etməsə də, hakimin bu qayda pozuntusunu penalti ilə cəzalandırması doğrudur.

“Turan Tovuz”un 9 nömrəli oyunçusu (Kristian da Silva) penalti zərbəsini yerinə yetirir və topu dirəyə vurur. Top meydana qayıdır və “Turan Tovuz”un 11 nömrəli oyunçusu (Ayxan Quseynov) topu birbaşa qapıya vurur. Hakim bu qolu təsdiqləyir və VAR penalti zərbəsini yoxlayır. VAR görür ki, 11 nömrəli oyunçu zərbə zamanı təyin olunmuş məsafəyə riayət etmir (qayda pozuntusu) və mövqeyindən üstünlük qazanaraq müdaxilə edir. Oyun Qaydalarına 2024-cü ildə edilmiş dəyişikliklərə əsasən, qol ləğv edilməli və oyun sərbəst zərbə ilə bərpa olunmalıdır. Hakimin və VAR-ın yekun qərarı doğrudur”.

Əsas xəbərlər, Ölkə futbolu De Bleker “Neftçi” – “Sumqayıt” oyunundakı mübahisəli epizodlardan danışdı

1 Oktyabr 2024, 10:57

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa Bleker Tovuzdakı mübahisəli epizodu dəyərləndirdi

23 Sentyabr 2024, 11:43

Əsas xəbərlər, Ölkə futbolu Bleker hakimləri yoxladı

13 Sentyabr 2024, 12:26

Əsas xəbərlər, Ölkə futbolu Hakimlər Komitəsinin sədri məlum oldu – RƏSMİ

26 İyul 2024, 14:21

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью