Blinken ABŞ nin Zelenski ilə bağlı “sirr”ini açıb VİDEO

11.04.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, ABŞ-nin keçmiş Dövlət katibi Antoni Blinken “CNBC” telekanalına müsahibəsində belə deyib.
“Ukraynalı tərəfdaşlarımızla, o cümlədən Zelenski ilə hər hansı fikir ayrılığımız olubmu? Şözsüz. Bu, baş verən zaman biz onu açıq şəkildə nümayiş etdirmişikmi? Xeyr”, - Blinken etiraf edib.
Blinkenin səsi çıxdı: Trampa məsləhət verir - VİDEO Sabiq Dövlət katibinin sözlərinə görə, Co Baydenin prezidentliyi dövründə də Zelenski özü hərbi yardım müqabilində ABŞ-yə ölkəsinin mineral ehtiyatları ilə bağlı sövdələşmə təklif edib.
- Hakimiyyətdə olduğumuz son altı ayda Zelenskinin bizə təklif etdiyi yardım paketi nadir torpaq metalları sahəsində bizimlə əməkdaşlığı nəzərdə tuturdu. Ukraynanın mineral ehtiyatlarının yardım əvəzində ABŞ-yə mübadiləsini ədalətli sayıram”, - sabiq amerikalı məmur bildirib.
Xatırladaq ki, elə bu müsahibəsində Antoni Blinken indiki prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nin yeni administrasiyasının siyasətini tənqid edərək, idxala nəzarətin gücləndirilməsinin ölkəni təcrid vəziyyətinə saldığını söyləyib. Onun fikrincə, Trampın hərəkətləri ABŞ-ni tənhalığa məhkum edir.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью