Blinken: ABŞ Ukraynanı hələ müharibədən qabaq silahla təchiz etməyə başlayıb

04.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukraynada müharibə başlamamışdan qabaq silahla təchiz etdiyini açıqlayıb.

APA xəbər verir ki, o bu barədə “The New York Times”a müsahibəsində deyib.

"Birləşmiş Ştatlar Rusiya Ukraynada müharibəyə başlamazdan xeyli əvvəl Kiyev hakimiyyətini müxtəlif silahlarla, xüsusən də “Stinger” zenit-raket kompleksləri və “Javel”in tank əleyhinə sistemlərlə təchiz etməyə başlayıb", - dövlət katibi vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью