Blinken: Biz Qəzza zolağında atəşkəsə çox yaxınıq AZƏRTAC

08.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 yanvar, AZƏRTAC

“Biz Qəzza zolağında atəşkəs və girov razılaşmasına çox yaxınıq”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Fransada səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.

“Ümid edirəm ki, biz geri qalan müddətimizdə buna nail olacağıq. Əgər edə bilməsək, Prezident Co Baydenin atəşkəs və girov razılaşması ilə bağlı irəli planı növbəti administrasiyaya təhvil veriləcək. Mən inanıram ki, biz bu müqaviləni əldə edəcəyik və bu, prezident Baydenin may ayında irəli sürdüyü plan əsasında olacaq",- deyə Blinken əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью