Blinken Ərdoğanla müzakirə edəcəyi məsələləri açıqladı

12.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

ABŞ xarici işlər naziri Entoni Blinken Türkiyəyə edəcəyi iki günlük səfərinin məqsədini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, səfərdən öncə jurnalistlərə açıqlama verən Blinken Türkiyədə prezident R.T.Ərdoğanla görüşəcəyini və onunla Suriyada terrorla mübarizəni müzakirə edəcəyini bildirib.

"PKK Türkiyə üçün təhdiddir, amma yeni münaqişələrdən qaçmalıyıq. İŞİD-in ortaya çıxmasını əngəlləməyə məcburuq", deyə ABŞ dövlət katibi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью