Blinken erməniləri aldatdı İrəvanın gözlədiyi dəstək gəlmədi | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu il yanvarın 14-də ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandıqdan sonra rəsmi İrəvan bunu az qala xarici siyasətin mühüm “uğuru” kimi təqdim edirdi.
Hesab edirdilər ki, bununla Amerikadan “təhlükəsizlik” zəmanəti alıblar.
Hətta ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Təhlükəsizliyi komandası (əslində hərbi təyinatlı qrup) “Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək” üçün yaxın həftələrdə bu ölkəyə gedəcək.
Amma sənədin imzalandğı tarixdən 2 aya yaxın vaxt keçsə də, amerikalı sərhədçilər Ermənistana göndərilməyib.
İddia olunur ki, bu sənəd ABŞ-nin yeni adminstrasiyası tərəfindən bloklana bilər.
Ümumiyyətlə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövründə Ermənistanla ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi ilə bağlı da suallar açıq qalır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Teleqraf-a açıqlamasında Trampın idarəetməsinin fərqli olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu