Blinken Hakan Fidanla Cənubi Qafqazı müzakirə etdi

20.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən G20 konfransı çərçivəsində Cənubi Qafqazda layiqli və davamlı sülhün bərqərar olmasını müzakirə ediblər.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlamasında deyilir.

“Dövlət katibi və xarici işlər naziri Livandakı münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam uyğun gələn və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan verən diplomatik həllinin zəruriliyini müzakirə etdilər. Onlar həmçinin Qəzzada davam edən humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin təmin edilməsinin vacibliyini müzakirə ediblər. Daha sonra Cənubi Qafqazda layiqli və davamlı sülhün bərqərar olmasının vacibliyi müzakirə edilib”, - Millerin mesajında ​​qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью