Blinken HTŞni “Taliban”dan dərs çıxarmağa çağırıb

19.12.2024

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

““Taliban” Əfqanıstanı ələ keçirəndə mülayimlik göstərdi və ya ən azı buna cəhd etdi. Lakin sonra onların əsl siması ortaya çıxdı”

““Taliban” Əfqanıstanı ələ keçirəndə mülayimlik göstərdi və ya ən azı buna cəhd etdi. Lakin sonra onların əsl siması ortaya çıxdı. Nəticədə “Taliban” bütün dünyada təcrid olunmuş vəziyyətdə qalır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.

Dövlət katibi qeyd edib ki, Suriyanın “Hayat Təhrir əl-Şam” (HTŞ) təşkilatı “Taliban”ın təcridindən “dərs çıxara bilər”. Blinken təşkilatı beynəlxalq ictimaiyyətlə əlaqə yaratmaq üçün verdiyi vədləri yerinə yetirməyə çağırıb.

Blinken Bəşər Əsədin təcrübəsindən daha bir dərs çıxarmaq lazım olduğunu söyləyərək, sonuncunun hər hansı siyasi prosesdə iştirakdan imtina etməsinin onun rejiminin süqutuna səbəb olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью