Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahunu Demokrat Partiyası daxilindəki dəstəyin azaldığı, həmçinin gənc respublikaçıları və gənc yevangelistləri də itirmək riski ilə üzləşdiyi barədə xəbərdar etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Blinken keçmiş dövlət katibi Mayk Pompeo ilə birlikdə Şimali Amerika Yəhudi Federasiyasının (JFNA) 2026-cı il Baş Assambleyasında çıxış edib.
Antoni Blinken İsrailin Qəzzadakı mülki əhaliyə münasibəti ilə bağlı belə deyib: "İsraillilər Qəzzada münaqişənin ortasında qalan insanlar üçün etməli olduqları addımların yalnız minimumunu atıblar".
Blinken Qəzzada mülki əhalinin rifahına qarşı "müəyyən laqeydlik və etinasızlıq" olduğunu qeyd edərək əlavə edib: "Təəssüf ki, çox sayda insan bu münaqişənin ortasında qalaraq dəhşətli əziyyətlər çəkib".
AYtən Yaşar/ Turkustan.az