Blinken Türkiyəyə gedir AZƏRTAC

12.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 12 dekabr, AZƏRTAC

ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 12-si, 13-ü İordaniya və Türkiyədə səfərdə olacaq.

AZƏRTAC-ın məlumatına görə, hər iki ölkəyə səfər zamanı o, liderlərlə Suriya, İsrail, Qəzza, Livanda və bütün regionda baş verən son hadisələri müzakirə edəcək. Görüşlərdə ikitərəfli münasibətlər də müzakirə olunacaq.

Bu, Blinkenin regiona ötən il İsrail-HƏMAS müharibəsi başlayandan 12-ci, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən salınmasından bəri birinci səfəridir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью