Blinken Türkiyəyə səfər edəcək

11.12.2024

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Antoni Blinken dekabrın 13-də Türkiyəyə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Blinken Suriya və Qəzzada baş verənləri müzakirə etmək üçün Ankaraya yollanacaq.

Qeyd edək ki, amerikalı diplomat sonuncu dəfə bu ilin yanvarında Türkiyəyə səfər edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью