Blinken və Lemmi Suriya və Ukraynanı müzakirə etdi

16.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı hərbi yardımın artırılmasının zəruriliyini müzakirə ediblər.

Suriyadakı vəziyyət və ABŞ və region ölkələrinin dəstəklədiyi keçid prosesi və yeni hökumətin formalaşması zamanı riayət edilməli olan prinsiplər barədə danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью