Blinken: Xüsusi sərhəd mühafizəsi qrupu gələn həftə Ermənistana yola düşəcək KONKRET

15.01.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində deyib.

“Qısa müddət ərzində biz gözəl tərəfdaşlıqlar fonunda çox böyük səmərəli iş gördük.

“Beləliklə, Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm nailiyyəti qeyd edə bilərik. Biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, – ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək: müdafiə və təhlükəsizlik, iqtisadiyyat, inklüzivlik və özəl münasibətlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью