Blinkendən inanılmaz ETİRAF: “Son 20 ildə İranda...”

19.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Dövlət katibi Entoni Blinken etiraf edib ki, Vaşinqton son 20 ildə İranda hakimiyyət dəyişikliyi üçün cəhdlər edib, amma bu cəhdlər uğurla nəticələnməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” yazıb.

Blinken Vaşinqtonun İranın daxilində əhalini dəstəkləmək üçün investisiyalara da cəhd etdiyini bildirib.

O bunu ölkə xaricindən etməyin çətin olduğunu söyləyib:

“ABŞ hazırda Tehranla ikitərəfli diplomatik münasibətlərə sahib deyil. Ona görə də xaricdən nəsə planlaşdırılanda ehtiyatlı olmaq lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью