Blinkendən Rusiyaya hücuma reaksiya: Vacibdir, çünki...

06.01.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna ordusunun Kursk vilayətindəki hərbi əməliyyatı gələcək danışıqlar üçün Kiyev üçün həlledici əhəmiyyət kəsb edir.

Ölkə.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Seulda jurnalistlərə Ukrayna Silahlı Qüvvələrinin bu bölgəyə yeni hücumunu şərh edərkən deyib.

Blinken vurğulayıb ki, hakimiyyətdən gedən prezident Co Baydenin administrasiyası danışıqlarda Ukraynanın əlinin güclü olmasını istəyir.

"Onların Kursk bölgəsindəki mövqeyi çox vacibdir. Çünki bu, əlbəttə ki, gələn il başlaya biləcək istənilən danışıqlarda nəzərə alınacaq vasitədir", - Blinken bildirib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью