Blinkendən Ukrayna ilə bağlı ETİRAF

05.01.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Birləşmiş Ştatlar münaqişədən xeyli əvvəl Ukraynanı müxtəlif silahlarla, xüsusən də "Stinger" zenit-raket kompleksləri və "Javelin" tank əleyhinə sistemləri ilə təchiz etməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "The New York Times" qəzetinə müsahibəsində deyib.

"Biz münaqişə başlamazdan xeyli əvvəl, sentyabrda və dekabrda (2021-ci il - red.) gizli şəkildə Ukraynaya çoxlu sayda silah, "Stinger" və "Javelin" kimi sistemlər verdik", - deyə o bildirib.

Xatırladaq ki, Ukrayna münaqişəsi 2022-ci ilin fevral ayında başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью