Blinkenə Fəxri legion veriləcək

08.01.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

"Beynəxalq Fransa" radiosunun məlumatına görə, Blinken ordeni almaq üçün Parisə yollanacaq. Bu onun öz vəzifəsi dövründə sonuncu səfəri kimi yadda qalacaq. Dövlət katibinə "Fəxri legion"u Fransa Prezidenti Emmanuel Makron təqdim edəcək. O, sözügedən ordenə 2021-ci ildən bəri ABŞ-Fransa münasibətlərinə verdiyi töhfələri səbəbi ilə layiq görülüb.
ABŞ-nin baş diplomatı həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşərək, Yaxın Şərqdəki, xüsusilə Suriyadakı cari vəziyyətlə bağlı müzakirələr aparacaq.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью