Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hələ Bəşər Əsəd hakimiyyətdə olarkən Suriya ərazisində Rusiya, ABŞ, Türkiyə, İran və İsrail dövlətlərinin hərbi qüvvələri mövcud idi.
Artıq Bəşər Əsədin hakimiyyəti devriləndən sonra Türkiyənin regionda olan təsir imkanları da gücləndi”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Suriyada son baş verən hadisələrdən danışarkən Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Bəşər Əsəd dövrünün realıqllarında Suriyada, o cümlədən Yaxın Şərqdə Türkiyənin təsir potensialı kifayət qədər güclüdür: “Hətta bu məqamlar Türkiyəyə səfər edən ABŞ Dövlət katibi Entoni Bilneken və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da müzakirə olunaraq ABŞ-Türkiyə münasibətləri PostBəşər dövrünün reallıqları kontekstində nəzərdən keçirilib.
Təbii ki, həmişəki kimi, Türkiyənin bu məsələlərdə çox qətiyyətli mövqeyi var və Türkiyə heç bir halda Suriyanın şimal-şərqində yer alan terror qruplarına ABŞ tərfindən dəstək göstərilməsi ilə razılaşa bilməz.
Məhz elə Ankara-Vaşinqton münasibətlərindəki gərginliyi yaradan fundamental səbəblərdən biri budur”.
Deputat Türkiyənin öz sərhədləri üçün təhlükə mənbəyi olan terrorçu qruplaşmalarının sıradan çıxarılması üçün daha həlledici addımlar atacağını da qeyd edib: “Təbii ki, Bayden administrasiyası ilə bu istiqamətdə nəyisə gözləməyin də bir mənası yoxdur.