Blinkenin baş nazirdən İranla bağlı xahişi

14.12.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dövlət katibi Antoni Blinken Bağdadda keçirilən iclasda İraqın baş naziri Məhəmməd əl-Sudanidən İranın respublika ərazisindən Suriyaya silah və texnika tədarükünün qarşısını almağı xahiş edib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" amerikalı məmura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Blinken Suriyada İranın dəstəklədiyi silahlı qrupların silahdan mümkün istifadəsindən narahatdır və onların fəaliyyəti ölkədə qeyri-sabit vəziyyəti pisləşdirə bilər. Blinken əl-Sudanidən İraqdakı iranlı qruplara, o cümlədən ABŞ əsgərlərinə hücum edən qruplara qarşı tədbir görməsini istəyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью