Blinkenin səfəri: Ərdoğanın sürprizi ABŞı çaşdırdı Razılaşmağa məcbur oldular | Icma.az
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri çərçivəsində Suriya ilə bağlı tər
Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.
Nəşr yazır ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra baş tutan səfərdə Türkiyə tərəfi ABŞ-ın qarşısına diktə edən tərəf kimi çıxıb: “Ankara Suriyada müvəqqəti hökumətlə bağlı prinsipləri və bundan sonra izlənilməsi lazım olan yol xəritəsini müəyyənləşdirib.
Amerikalılarla görüşdə də bu prinsiplər paylaşılıb. Bu çərçivədə iki ölkə arasında konsensus əldə edilib.
Türkiyənin prinsiplərini belə sadalamaq olar: Suriyanın ərazi bütövlüyü və siyasi birliyi qorunmalıdır.
Suriya dövləti azlıqlar və müxtəlif etnik qruplar da daxil olmaqla bütün xalqları əhatə etməlidir.
Suriya dövləti terrorla məşğul olmamalı və öz ərazisində terror təşkilatlarına sığınacaq verməməlidir.
Suriya kimyəvi silahdan istifadə etməməli və bu silahlara nəzarət edilməlidir.
Tam oxu
Xəbəri oxu