Bloger 4cü mərtəbədən yıxıldı vəziyyəti ağırdır…

20.12.2024

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni evinin 4-cü mərtəbəsindən yıxılıb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, iki yaşlı qızı ilə birlikdə İstanbulda yaşayan Mohseni gecə saatlarında evinə taksi ilə qayıdıb.

Naməlum səbəblərdən qısa müddət sonra o, evinin pəncərəsindən yıxılıb.

Hadisəni görən yaxınlıqdakı sakinlər dərhal xilasetmə qruplarına və polisə məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım və xilasetmə qrupları blogerə ilkin tibbi yardım göstəriblər. Daha sonra Sara Mohseni xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью