Icma.az, News24 saytına istinadən bildirir.
Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.
News24.az lent.az-a istinadla xəbər verir ki, o, Beyləqan və ətraf rayonlarda blogerlik fəaliyyətilə məşğul olur.
Əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev şəxsi münasibətlər zəmnində 53 yaşlı şəxsi döyərək ona xəsarət yetirib.
Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb. V.Fətiyev həbs edilib.
