Bloger şikayət etdi, TƏBİB tapşırıq verdi

20.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən bloger Cavanşir Rafiqoğlu Qazax rayonunda “Təzə məhəllə” adlanan əraziyə təcili tibbi yardım gəlməməsindən şikayət edib.

TƏBİB-dən Axar.az-a verilən açıqlamaya görə, sözügedən şikayət Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən araşdırılıb.

“Qeyd olunan və analoji halların qarşısının alınması, eləcə də vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib. Tapşırığa əsasən zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışın müvafiq bölmə üzrə yönləndirilməsini təmin etməlidir.

Hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək bizim əsas vəzifələrimizdəndir”, - açıqlamada bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью