Blogerin Afət Fərmanqızı barədə danışması qadağan edildi

03.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bundan sonra bloger Sevinc Hüseynova müğənni Afət Fərmanqızı barəsində bir kəlmə belə danışa bilməyəcək. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadəni məlumatı görə, bu barədə Füzuli Rayon Məhkəməsi qərar qəbul edib. 

Belə ki, müğənni Afət Fərmanqızının ərizəsi əsasında bloger Sevinc Hüseynovanın sosial media platformalarında Afət Fərmanqızının adını çəkməsinə qadağa tətbiq edib. 

Qərar məhkəmə prosesi yekunlaşanadək qüvvədədir. Qərara riayət edilmədiyi halda, Sevinc Hüseynovanın barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью