“Blogerlər tələbəyə nə öyrədəcək?” Universitetlərə səsləndi

29.08.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib.

Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsil və maarifləndirmə olduğunu vurğulayıb:

“Bloger sənətinə hörmətim var. Bilmirəm harada dərs keçir, harada oxuyurlar. İnfluenser, bloger adları yaranıb, hörmətlə yanaşıram. Hərənin bir sənəti var.

Universitetlərə, təhsil ocaqlarına müraciət edirəm: əvvəllər tələbələrlə görüşə şairlər, yazıçılar, professorlar dəvət olunurdu. Tələbələr yığışırdı, yazıçı Anardan nəsə öyrənməyə çalışırdı.

İndi universitetdə blogerlə görüş edirlər. Blogerlər tələbəyə nə öyrədəcək?”

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью