Blokdan çıxan azyaşlı qız skuterlə avtomobilə çırpıldı VİDEO

02.07.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda baş verən təhlükəli anlar avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, yaşayış binasının blokundan skuterlə çıxan azyaşlı qız yola daxil olarkən yaxınlaşan avtomobili nəzərə almır. Nəticədə skuter avtomobilə dəyir, azyaşlı isə idarəetməni itirərək nəqliyyat vasitəsindən yıxılır.

Hadisə zamanı azyaşlı xəsarət almasa da, görüntülər yaşayış məhəllələrində nəzarətsiz hərəkətin hansı təhlükələr yarada biləcəyini bir daha göstərir.

Qeyd edək ki, xüsusilə binaların həyətlərində və məhəllədaxili yollarda uşaqların skuter və velosipedlə hərəkəti zamanı valideyn nəzarəti vacibdir. Çünki blokdan və ya avtomobillərin arasından qəfil çıxış sürücünün reaksiya verməsi üçün məsafəni minimuma endirir və bu cür hallar saniyələr içində ciddi qəza ilə nəticələnə bilər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью