Icma.az bildirir, Ayna portalına istinadən.
İran rəsmiləri 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkilərə qədər ABŞ ilə münaqişənin həllində əhəmiyyətli irəliləyiş gözləmirlər
İran rəsmiləri 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkilərə qədər ABŞ ilə münaqişənin həllində əhəmiyyətli irəliləyiş gözləmirlər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, İran rəsmiləri noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl “Vaşinqtonla düşmənçilik əməliyyatlarına son qoymaq” və “Hörmüz boğazını yenidən açmaq” barədə razılığa gəlmək barədə şəxsi bədbinliklərini ifadə ediblər.
Agentliyin məlumatına görə, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İran və ABŞ nümayəndələri arasında aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Lakin Tehran ABŞ-da keçirilən səsvermədən sonra gərginləşmə riskinin yüksək olduğuna inanır.