Bloomberg: “ABŞ nin təklifi müstəmləkəçiliyin yeni formasıdır”

01.04.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda belə deyilir.
“Müqavilə, Ukraynanın heç bir təhlükəsizlik zəmanəti almadan, Belçikanın Konqonun istismarına layiq formada yenidən müzakirə olunur. Razılaşma Ukraynaya yardım adı altında təbliğ edilir, amma reallıqda nəzarətin ABŞ-yə keçməsi deməkdir. Bu, Avropanı Ukraynanın iqtisadi gələcəyindən kənarlaşdırır və onun müharibədən sonrakı bərpası prosesiuni iflic edə bilər”, - məqalədə vurğulanır.
Tramp: “Çox böyük problemlər olacaq” Materialda həmçinin bildirilir ki, Tramp administrasiyasının münaqişəni sona çatdırmaq niyyəti ilə bağlı bəyanatları ilə faktiki hərəkətləri arasında “dərin və rüsvayçı uçurum var”.
Xatırladaq ki, martın 30-da Donald Tramp yeraltı resurslar barədə sazişdən imtina edəcəyi halda, Ukrayna prezidentinin çox böyük problemlərlə üzləşəcəyini söyləyib.
Daha əvvəl “The Wall Street Journal (WSJ)” nəşri yeni sazişin ABŞ-yə təkcə Ukraynanın nadir torpaq metallarına çıxış imkanı deyil, həm də Kiyevin iqtisadi layihələrindən faydalanmaq imkanı verdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью